Fars körfəzi ölkələri İranın raket hücumlarını dəf etmək üçün istifadə olunan raket-interseptorlarının ciddi çatışmazlığı ilə üzləşib.
Musavat.com xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, region ölkələrinin hökumətləri vəziyyətin getdikcə daha təhlükəli xarakter aldığını bildirərək ABŞ-a raketdən müdafiə sistemləri üçün interseptor raketlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət ediblər. Lakin Vaşinqtondan verilən cavaba əsasən, bu proses gözlənildiyi qədər sürətli getmir.
Bildirilir ki, ABŞ administrasiyası hazırda xüsusi işçi qrupunun yaradılması üzərində işləyir və məqsəd Fars körfəzi ölkələrinə hava hücumundan müdafiə vasitələrinin çatdırılmasını sürətləndirməkdir. Bununla belə, logistika, istehsal və mövcud ehtiyatların məhdudluğu səbəbindən bu addımların qısa müddətdə nəticə verməsi çətin görünür.
Musavat.com