AZ

ABŞ-dən GÖZLƏNİLMƏZ ADDIM: Körfəz ölkələrini SİLAHSIZ QOYDU

ABŞ bir neçə Körfəz ölkəsinə İranın davam edən hücumlarından müdafiə olunmaq üçün silah və sursat verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə "Middle East Eye" Qərb və keçmiş Amerika rəsmisinə istinadənməlumat yayıb.

Mənbənin sözlərinə görə, İran hücumlarından zərər görən azı bir Körfəz dövləti ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra tükənən silah ehtiyatlarının bərpası üçün Vaşinqtona müraciət edib. Lakin bu istək qəbul olunmayıb.

Digər mənbə isə bildirib ki, regionun daha bir ölkəsi ABŞ-nin onların hava hücumundan müdafiə sistemlərinə dəstək verməyə və öz ərazilərində yerləşən aviabazalardan istifadə etməyə hazır olub-olmadığını soruşub.

Sabiq amerikalı məmurun sözlərinə görə, Fars körfəzi ölkələri yeni raket tədarükünə ümid etməməlidir.

Musavat.com

Seçilən
67
27
musavat.com

10Mənbələr