AZ

Orta məktəblərdə süni zəka və rəqəmsallaşma dərsləri başlayacaq AÇQLAMA

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müasir texnologiyalar təkcə orta ümumtəhsil məktəblərinin deyil, orta ixtisas və ali təhsil müəssisələrində də tədris proqramına daxil edilməlidir

Orta məktəblərdə yeni fənnlərin tədrisi gözlənilir. Bu, rəqəmsallaşdırma və süni zəka ilə bağlı ola bilər. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açqılamasında bildirdi ki, cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müasir dünyada bəlli olan trendlər – süni zəka, data mərkəzlərinin inkişafı, rəqəmsallaşma kimi məsələlərə təhsil sahəsində diqqət ayrılmasının vacibliyi vurğulandı: 

- Cənab Prezidentin tapşırığına əsasən növbət dövr üçün tədris proqramına şagirdlərdə yeni texnologiya, süni zəka, rəqəmsallaşdırma ilə bağlı biliklərin formalaşması ilə əlaqədar, bu mövzularda ilkin biliklərin yer alması öhdəliyi qoyulub. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi tərəfindən, eyni zamanda tabeli qurum Təhsil İnstitutu tərəfindən də bu məsələyə diqqət yönəldiləcək. İbtidai siniflərdə “Həyat bilgisi”, yuxarı siniflərdə isə “İnformatika” dərsliklərində rəqəmsallaşdırma mövzuları da olacaq, bu mövzulara yer veriləcək. Hazırda dövr bunu tələb edir, bütün sferalarda rəqəmsallaşma istiqamətində müvafiq tədbirlər görülür. Dünyanın elə ölkələri var ki orada dövlət idarəetməsində süni zəkadan istifadə olunur. Avropa ölkələrindən birində - Albaniyada süni zəka nazir təyin olundu. Bunları nəzərə alaraq hesab edirəm ki, bizdə də şagirdlərin rəqəmsallaşma, sünu zəka istiqamətində bilik və bacarıqlarının formalaşması üçün dərsliklərdə bu yöndə informasiyaların yer alması vacibdir. Paralel olaraq Elm və Təhsil Nazirliyi tərəfindən rəqəmsal inkişaf üzrə maarifləndirici tədbirlərin keçrilməsi prosesin inkişafına töhfə vermiş olar. 

E.Əfəndi qeyd etdi ki, müasir texnologiyalar təkcə orta ümumtəhsil məktəblərinin deyil, orta ixtisas və ali təhsil müəssisələrində də tədris proqramına daxil edilməlidir. Tələbələrə informatika fənni tədris olunmalı və onlar bu mövzularda bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
34
sherg.az

10Mənbələr