AZ

91 yaşlı Kərkicahan sakini: Doğma yurda döndüyümə görə çox xoşbəxtəm

“1935-ci ildə Kərkicahanda doğulmuşam. Övladlarım da bu torpaqlarda böyüyüb. Müharibə, köçkünlük illərində çox əziyyətlər çəkmişik. Köçkünlükdə ağır şəraitdə yaşaayırdıq. İndi şükürlər olsun ki, doğma yurduma qayıtdım.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Kərkicahan qəsəbəsinə qayıdan 91 yaşlı Ağgül Həşimova deyib.

A.Həşimova bu sevincli günözünü xoşbəxt hiss etdiyini deyib: "Övladlarım, nəvə-nəticələrimlə qayıdıram. Çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşən oğullara can sağlığı versin. Bu sevinci bizə yaşadan Prezidentimiz həmişə var olsun. Mən ona öz minnətdarlığımı bildirirəm".

Ağgül
Seçilən
84
7
apa.az

10Mənbələr