AZ

Aşağı Oratağ sakini: Cənab Prezidentin ilk qonağımız olması bizim üçün xüsusilə əlamətdar idi

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“30 ildən sonra doğma yurdumuza ailə üzvlərimlə gəlmişəm. Cənab Prezident İlham Əliyevin ilk qonağımız olması bizim üçün xüsusilə əlamətdar idi.”

Bu sözləri APA-nın Qarabağ bürosuna Ağdərə rayon Aşağı Oratağ kənd sakini Anar Rustamov deyib.

O, yaradılan şəraitlə də bağlı fikir bildirib:

"Burada - evimizdə hər cü şərait yaradılıb. Doğma yurdumuza qayıdığımıza görə çox xoşbəxtəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin. Bir daha bu şəraiti bizə yaratdığı üçün dövlətimizin başçısına dərin təşəkkürümüzü bildiririk".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
9
apa.az

10Mənbələr