AZ

Keçmiş məcburi köçkün: Doğma yurda dönüşüm böyük xoşbəxtlikdir

BAKI, 28 yanvar. TELEQRAF

Zəngilan rayonunun Horovlu kəndinə geri qayıdan keçmiş məcburi köçkün Lamiyə Mehrəliyeva doğma torpaqlara dönüşünü böyük sevinc hissi ilə qarşıladığını bildirib.

Teleqraf xəbər verir ki, Lamiyə Mehrəliyeva jurnalistlərə açıqlamasında qeyd edib ki, doğma kəndlərindən çıxarkən 8 yaşı olub: “İndi 41 yaşım var. Bu gün doğma yurduma qayıtdığım üçün çox xoşbəxtəm. Özüm müəlliməyəm. Sevincimin həddi-hüdudu yoxdur”.

O, Horovlu kəndində yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını da ifadə edib: “Bu günlərə gəlib çatmağımız şəhidlərimizin və qazilərimizin sayəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların qəhrəmanlığı nəticəsində biz bu sevinci yaşayırıq”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü davam etdirilir.

Seçilən
44
teleqraf.com

1Mənbələr