AZ

Aşağı Oratağ sakini: İlk qonağımızın Prezident olması bizim üçün xüsusilə əlamətdar idi

“30 ildən sonra doğma yurdumuza ailə üzvlərimlə gəlmişəm. İlk qonağımızın Prezident İlham Əliyev olması bizim üçün xüsusilə əlamətdar idi.”

Bu sözləri APA-nın Qarabağ bürosuna Ağdərə rayon Aşağı Oratağ kənd sakini Anar Rustamov deyib.

O, yaradılan şəraitlə də bağlı fikir bildirib:

"Burada - evimizdə hər cü şərait yaradılıb. Doğma yurdumuza qayıdığımıza görə çox xoşbəxtəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin. Bir daha bu şəraiti bizə yaratdığı üçün dövlətimizin başçısına dərin təşəkkürümüzü bildiririk".

Aşağı Aşağı
Seçilən
162
9
apa.az

10Mənbələr