"Bavariya"nın (Almaniya) yarımmüdafiəçisi Leon Qoretska 2025/2026 mövsümünün sonunda komandadan ayrılacaq.
"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Freynd açıqlama verib.
O, 2026-cı ilin yayında müqavilə müddəti başa çatacaq 30 yaşlı almaniyalı futbolçu ilə yolların ayrılması barədə qərar verildiyini deyib.
Qeyd edək ki, L.Qoretska 2018-ci ilin yayında "Şalke 04" klubundan "Bavariya"ya transfer olunub. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 28 matça çıxıb və 1 qol vurub.