AZ

“Bavariya”da yeni müqavilə hazırlığı

“Bavariya”nın müdafiəçi Dayo Upamekanonun klubla müqaviləsinin uzadılması ilə bağlı qərar verməsi üçün 1 fevrala qədər son tarix təyin edib.

Msport.az xəbər verir ki, hazırkı təklif yalnız bu tarixə qədər qüvvədədir.

“Bavariya” müdafiəçiyə illik 20 milyon avro maaş, təxminən 20 milyon avroluq imza bonusu təklif edir və 2027-ci ildə qüvvəyə minəcək müqaviləyə satınalma bəndini də daxil edib. Upamekano “Bavariya”ya 2021-ci ilin yayında “RB Leypsiq”dən qoşulub. Bu mövsüm o, bütün klub yarışlarında 25 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Seçilən
53
29
msport.az

10Mənbələr