“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska mövsümün sonunda komandadan ayrılacaq.
İdmanxeber.az xəbər verir ki, klubun idman direktoru Kristoffer Fröynd 30 yaşlı futbolçu ilə müqavilənin uzadılmayacağını açıqlayıb. Beləliklə, Qoretska yay transfer pəncərəsində Münhen təmsilçisini tərk edəcək.
2018-ci ildən “Bavariya”da çıxış edən futbolçu komanda ilə 6 dəfə Almaniya çempionu olub və bu mövsüm 28 oyunda 1 qol vurub.