İngiltərənin "Kristal Pelas" futbol klubunun fransalı hücumçusu Jan-Filip Mateta İtaliya çempionatında çıxış edə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb. Mənbənin verdiyi xəbərə görə, 28 yaşlı forvardın yeni iş yeri "Milan" ola bilər.
Tərəflər artıq danışıqlar aparıb və futbolçunun 30 milyon avro qarşılığında transferi ilə bağlı razılıq əldə olunub. İngiltərə Premyer Liqasının cari mövsümündə Mateta 23 oyunda meydana çıxaraq səkkiz qol vurub. Bu qollardan üçü penalti zərbəsindən qeydə alınıb.
Fransalı hücumçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.