AZ

2025-də qeyri-neft məhsullarında ixracında qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü olub

2025-ci ilin yanvar-dekabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.

Ötən il aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 mlrd ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon ABŞ dolları) ikinci, karbamid (170,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma  (36,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı ( 20,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Seçilən
34
23
banker.az

10Mənbələr