AZ

Qızıl Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında birinci olub

Bakı, 30 yanvar, AZƏRTAC

Ötən il ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (326,2 milyon dollar) birinci olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, bu siyahıda pomidor (tomat) (192,5 milyon dollar) ikinci, karbamid (170,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (36,4 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (20,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Ötən ilin on iki ayında Rusiya Federasiyasına 1,2 milyard dollar, Türkiyəyə 597,3 milyon dollar, Gürcüstana 347,9 milyon dollar, İsveçrəyə 347,8 milyon dollar, Ukraynaya isə 201 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin dekabr ayında Rusiya Federasiyasına 96,3 milyon dollar, Türkiyəyə 51,2 milyon dollar, Gürcüstana 41,4 milyon dollar, İsveçrəyə 32,9 milyon dollar, Ukraynaya isə 10,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

 

Seçilən
64
8
azertag.az

10Mənbələr