Bu ilin yanvar-dekabr aylarında Azərbaycan xaricə 169,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 12 ayı ilə müqayisədə 43,2 milyon ABŞ dolları və ya 34,1% çoxdur.
Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan 126,7 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Təkcə dekabr ayında 20,3 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik 7,5 milyon dollar (58,6%) çoxdur.
Ötən ilin dekabr ayında Azərbaycandan xarici ölkələrə 12,8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.