Bakı. Trend:
2025-ci ildə "Azəralüminium" MMC 151,1 milyon ABŞ dollarıdəyərində ixrac əməliyyatları aparıb.
Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilib.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 15,7 milyonABŞ dolları və ya 11,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Budövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞdollarına bərabər olub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani LimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "PrimeCotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalatBirliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream"MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.