BAKI, 30 yanvar. TELEQRAF
2025-ci ilin yanvar-dekabr aylarında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 373.9 milyon ABŞ dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın sayında qeyd olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% azalma deməkdir.
Xatırladaq ki, İdarə tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında 409,8 milyon dollarlıq məhsul ixrac edilib.