AZ

Fizuli Məmmədov: “Ağır məğlubiyyət aldıq” – ARENA.AZ

“Karvan”ın baş məşqçisi Fizuli Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Yevlax təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. Bu matça çox ciddi hazırlaşmışdıq. Komandanı oyuna maksimum dərəcədə kökləmək istədik. Bilirdik ki, “Sabah”ın heyətində güclü futbolçular var. Necə oynayacaqları barədə də futbolçulara təhlillər zamanı məlumat vermişdik. İlk dəqiqələrdən xırda səhvlər etdik. Təbii ki, bu cür rəqiblərlə matçda bu tip xırda səhvlər qolla nəticələnir. Erkən qollar istər-istəməz bizə təsir etdi. Edəcəyimiz bir şey yoxdur. Ağır məğlubiyyət aldıq. Çalışacağıq ki, səhvləri təhlillər zamanı futbolçulara göstərək və həftə ərzində yaxşı hazırlaşaq. Çünki 4 gündən sonra oyunumuz var. Ciddi hazırlaşacağıq. Futbolçularım bu gün meydanda mübarizə aparmağa çalışdılar. Belə oyunlar olur. Qarşıdakı matçlara hazırlaşacağıq.

Artıq transferlər bitib. Bu heyətlə davam edəcəyik. Komandamız sonadək vuruşacaq. Bizi qarşıda yaxşı oyunlar gözləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
62
9
arena.az

10Mənbələr