AZ

Dambrauskas: “Növbəti oyunlarda bu qədər şansımız olmayacaq” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 17-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mövsümün ikinci hissəsinə çox gözəl qalibiyyətlə başladıq. Fasilədən sonra ilk matçda qalib gəlmək heç də asan deyil. Əvvəlki nəticələr də bunu göstərir. Heç kəs asanlıqla qalib gələ bilmir. Birinci hissədə 3 qol vurduq. 4:1 hesabı ilə qalib gəlsək də, mənfi məqamlar da gördüm. Biz daha da artırmalıyıq. Xüsusilə topla çıxarkən, hücumların qurulmasında, bəzən bitiricilikdə dəqiqlik çatışmırdı, bunları da inkişaf etdirməliyik. Qarşıdakı matçlarda heç də bu qədər fürsət əldə edə bilməyəcəyik. Amma bunların hamısı başadüşüləndir. Fasilədən yeni qayıtmışıq. Bu qələbədən sonra hər şeyi unudaraq, sabah bərpa məşqimizə başlamalıyıq. Sonra da qarşıdakı çox ağır “Zirə” ilə oyuna hazırlaşmalıyıq.

Bizim 20-dən çox oyunçumuz var. Biz onların hamısının potensialına bələdik. Hələ də onlar özlərinin ən yaxşı tərəfini göstərməyiblər, hələ artırmalıdırlar, hələ çox inkişaf etməlidirlər. Yaxşı oyunçu olarsa, gətirə bilərik. Mənim vəzifəm əlimdə olan futbolçulara məşq keçmək, onları inkişaf etdirməkdir. Bu işlərlə daha çox klubumuzun transfer işçiləri məşğul olurlar. Biz də həmişə klub rəhbərliyi ilə daim əlaqədəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
82
9
arena.az

10Mənbələr