Ekologiya.az-a FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə dərhal Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus, ümumi sahəsi 180 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində evə ziyan dəyib, xəsarət alan olmayıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.