AZ

Şəkidə evdə partlayış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub...

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ziyan dəyib. Xəsarət alan olmayıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Poliqon.info

Seçilən
13
12
poliqon.info

10Mənbələr