AZ

Şəkidə evdə partlayış olub

Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Qeyd olunub ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

 

Partlayış nəticəsində evə ziyan dəyib. Xəsarət alan olmayıb.

 

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 


Seçilən
17
12
senzor.az

10Mənbələr