AZ

Şəkidə üçotaqlı evdə partlayış olub-YENİLƏNİB VİDEO

Şəki, 23 yanvar, Rasim İslamoğlu, AZƏRTAC

Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ziyan dəyib. Xəsarət alan olmayıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

09:30

Şəkidə fərdi evdə partlayışla müşayiət olunan yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Baş Zəyzid kəndində, Əhməd Soltanova məxsus birmərtəbəli, üç otaqdan ibarət yaşayış evinin zirzəmisində qeydə alınıb. Partlayışdan sonra zirzəminin tavan hissəsində yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
49
azertag.az

10Mənbələr