AZ

“Real Madrid”in prezidenti kluba Yurgen Klopp məşqçilik etməsini arzulayır Auna

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Real Madrid”in prezidenti Florentino Peres alman mütəxəssis Yurgen Kloppun klubun baş məşqçisi olmasını arzulayır.

İdman.Biz xəbər verir ki, “Footmercato”nun jurnalisti Santi Auna bu barədə məlumat verib.

Məlumata görə, Peres alman məşqçini “Real Madrid”də çalışmağa razı salmağa çalışacaq.

Klopp “Borussiya Dortmund”un çalışdırıcısı kimi geniş tanınıb. O, əvvəllər “Mayns”da, 2016-cı ildən 2024-cü ilə qədər isə “Liverpul”da çalışıb. Klopp İngiltərə klubuna Premyer Liqa tituluna, UEFA Çempionlar Liqasını, ölkə kuboklarını və FIFA Klublararası Dünya Kubokunu qazandırıb.

Daha əvvəl “Real Madrid”in mətbuat xidməti məşqçi Xabi Alonsonun qarşılıqlı razılıq əsasında istefa verdiyini elan edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
9
icma.az

10Mənbələr