AZ

Qavi “Barselona”nı dünyanın ən yaxşı klubu hesab edir – ARENA.AZ

“Barselona”nın yarımmüdafiəçisi Qavi artıq geridə qalmış 2025-ci ilə yekun vuraraq, “blauqrana”nın azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Bu, qarşımda müəyyənləşdirdiyim bir çox məqsədlərimə müvəffəq olduğum möhtəşəm bir il idi. Hamıya cansağlığı arzulayır və ümid edirəm ki, dünyanın ən yaxşı klubunda həyatın zövqünü yaşamağa davam edəcəyəm!”, – Qavi özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes isə “blauqrana”nı İspaniya La Liqasının favoriti hesab edib-etmədiyi ilə bağlı sualı cavablayıb. İspan futbolçunun müvafiq cavabını təqdim edirik:

“Biz La Liqanın favoritiyikmi? Belə bir iddia etməyin mümkünlüyünə əmin deyiləm. Qarşıda hələ çox oyunlar var, amma hal-hazırda biz yaxşı vəziyyətdəyik”, deyə Lopes vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
84
50
arena.az

10Mənbələr