"Real Madrid" klubunun prezidenti Florentino Perezin arzuladığı baş məşqçinin kimliyi məlum olub.

Offsideplus.az xəbər verir ki, o, almaniyalı mütəxəssis Yurgen Kloppu “kral klubu”nun baş məşqçisi postuna gətirməyi arzulayır.

İspaniya nəhəngi Xabi Alonso ilə yollarını ayırdıqdan sonra məşqçilər bazarına çıxıb. 

Alonsonun yerinə onun Liverpul, Real Madrid və İspaniya milli komandasından sabiq komanda yoldaşı Alvaro Arbeloa gətirilib. Lakin keçmiş sağ cinah müdafiəçisinin uzunmüddətli perspektivdə komandanın başında qalacağı gözlənilmir. Bildirilir ki, Florentino Perez məhz Yurgen Kloppa xüsusi önəm verir.

Alman mütəxəssis 2024-cü ildə "Liverpul"dan ayrılıb. O, 2025-ci ildə "Red Bull" şirkətində Qlobal Futbol Direktoru vəzifəsinə təyin edilib.

Əgər onlar Kloppla razılıq əldə edə bilməsə, klub alternativ variant kimi "Çelsi"dən Yeni il günü ayrılan italiyalı azad məşqçi Enzo Mareskanı da diqqətdə saxlayır.