AZ

Ötən il Yaponiya Azərbaycan iqtisadiyyatına 172 milyon dollardan çox investisiya yatırıb

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr ayları ərzində Yaponiyadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 172,140 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,499milyon dollar və ya 4,7% azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Yaponiyadan reallaşan investisiyaların payı 3,6% təşkiledib.

Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzindəYaponiya iqtisadiyyatına 12,050 milyon dollar sərmayə qoyub ki, bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon dollar və ya34,7% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,6% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində Yaponiyadan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 180,639 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 18,454 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Məqalədə:
Seçilən
65
18
az.trend.az

10Mənbələr