AZ

Kanadadan Azərbaycana pul köçürmələri 11%-dən çox artıb

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Kanadayafiziki şəxslərin pul köçürmələrinin həcmi 6,916 milyon ABŞ dollarıtəşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 643 min ABŞ dolları və ya8,5% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Kanadanın payı 1,9% təşkil edib.

Həmçinin ötən ilin ilk 9 ayında Kanadadan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 3,964 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 402min ABŞ dolları və ya 11,3% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəKanadanın payı 0,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Kanadaya fizikişəxslərin pul köçürmələrinin həcmi 7,559 milyon ABŞ dolları, əksistiqamətdə isə 3,562 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.

Seçilən
31
38
az.trend.az

10Mənbələr