AZ

Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr ayları ərzində Almaniyadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 23,278 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,4milyon dollar və ya 2 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Almaniyadan reallaşan investisiyaların payı 0,5% təşkiledib.

Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzindəAlmaniya iqtisadiyyatına 53,175 milyon dollar sərmayə qoyub ki, bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,6 milyon dollar və ya 3dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,6% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində Almaniyadan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 46,636 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 17,559 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Məqalədə:
Seçilən
11
19
az.trend.az

10Mənbələr