Bakı. Trend:
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avstriyayafiziki şəxslərin pul köçürmələrinin həcmi 3,790 milyon ABŞ dollarıtəşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 518 min ABŞ dolları və ya12% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Avstriyanın payı 1% təşkil edib.
Həmçinin ötən ilin ilk 9 ayında Avstriyadan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 7,504 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,9milyon ABŞ dolları və ya 39,5% azalma deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəAvstriyanın payı 0,9% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Avstriyaya fizikişəxslərin pul köçürmələrinin həcmi 4,308 milyon ABŞ dolları, əksistiqamətdə isə 12,414 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.