Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ötən şənbə gününə qədər Venesuelanın vitse-prezidenti vəzifəsini tutan Delsi Rodriges müvəqqəti dövlət başçısı kimi and içib.
"Unikal" CNN telekanalına istinadən xəbər verir ki, andiçmə mərasimi Venesuela Milli Assambleyasında baş tutub.
Andiçmə mərasimini parlamentin spikeri və müvəqqəti prezidentin qardaşı Xorxe Rodriges keçirib.
Delsi Rodriges bu vəzifəyə Nikolas Maduronun Karakasda ABŞ-nin hərbi əməliyyatı nəticəsində saxlanılmasından sonra başlayıb. Qeyd edək ki, Maduro həyat yoldaşı Siliya Flores ilə birlikdə ölkədən çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.