Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq oyuna supervayzer təyin edilib.
AVF-dən AZƏRTAC-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Sliedrext Sport” komandaları arasında keçiriləcək matçda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.