AZ

Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq oyuna supervayzer təyin edilib.

XQ xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Sliedrext Sport” komandaları arasında keçiriləcək matçda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.

Seçilən
26
5
xalqqazeti.az

10Mənbələr