AZ

Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq matça supervayzer təyin edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə AVF məlumat yayıb.

O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Altekma" və Niderlandın "Slidrext" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.

Seçilən
98
5
ikisahil.az

10Mənbələr