Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp bu gün jurnalistlərə açıqlamasında İran hakimiyyətinə ciddi xəbərdarlıq edib.
Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
O bildirib ki, əgər İran etirazçıların öldürülməsinə başlayarsa, ABŞ buna çox sərt cavab verəcək.
İranda ümumxalq etirazları fonunda səslənən bəyanatda Tramp vurğulayıb ki, etirazçılara atəş açılması halında ABŞ onları qorumaq üçün müdaxilə edəcək.
Tramp, həmçinin vurğulayıb ki, İran etirazçılarını dəstəkləməyən Barak Obamadan fərqli olaraq, o "bu yanaşmanı düzəldib".