AZ

TƏCİLİ! Trampdan İrana sərt xəbərdarlıq: “Etirazçılara atəş açılarsa…”

ABŞ Prezidenti Donald Tramp bu gün “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verərək İrana ciddi xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, Tramp bildirib ki, əgər İran hakimiyyəti ölkədə baş verən etirazları zorla yatırmağa və etirazçılara atəş açmağa davam edərsə, ABŞ buna qarşı çox sərt tədbirlər görəcək.

O vurğulayıb ki, ABŞ etirazçılara qarşı zor tətbiq edilməsinə dözməyəcək və onların təhlükəsizliyini təmin etmək üçün hər cür diplomatik və lazım gəlsə, hərbi müdaxilə imkanlarını da qiymətləndirəcək. Tramp bu yanaşmanı öncəki prezident Barak Obamadan fərqli olaraq dəyişdiyini bildirib və etirazçıların dəstəklənməsində daha aktiv siyasət yürüdəcəyini açıqlayıb.

Trampın sözlərinə görə, İran hakimiyyəti əgər əvvəlki illərdə olduğu kimi zorakılıq tətbiq edərsə, ABŞ xalqın yanında duracaq və cavabını verməkdən çəkinməyəcək. ABŞ prezidentinin bu bəyanatı ölkədə baş verən etirazlar fonunda İrana yönəlik ən sərt diplomatik siqnallardan biri hesab edilir.

“Independent Persian”in məlumatına görə, Trampın bu açıqlaması ABŞ-nin İrana qarşı sərt mövqeyini bir daha təsdiqləyir,  gələcəkdə mümkün hərbi və diplomatik addımların öncədən xəbərdarlığı kimi qiymətləndirilir.

Seçilən
107
50
nocomment.az

10Mənbələr