Bakı. Trend:
Prezident İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadiolaraq peşəkar şəkildə məşq edir.
Trend xəbərverir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev“Turkistan” qəzetinə müsahibəsində idmanla məşğul olmağı iləseçilən MDB üzrə həmkarları ilə bağlı suala cavab verərkənbildirib.
“Sadır Japarov futbol oynayır. Şavkat Mirziyoyev yaxşı fizikiformadadır, o da idman zalında məşq edir. Nikol Paşinyanvelosipedçidir. Məlum olduğu kimi, Aleksandr Lukaşenko hələ dəxokkey oynayır. Emoməli Rəhmon da sağlamlığından şikayət etmir,dənizçi dözümlülüyünə malikdir. Beləliklə, bütün həmkarlar əlafiziki formadadırlar”, – deyə o, qeyd edib.
Tokayevin sözlərinə görə, Vladimir Putin bu yaxınlarda Bişkekdəkeçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı fənd tətbiqedərək, yaşlı nəslin şərəfini qoruyub.