AZ

Tokayev İlham Əliyevin fiziki hazırlığından danışdı: Müntəzəm məşq edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrindən olan həmkarlarının idman hobbiləri haqda danışıb və onları əla fiziki hazırlıqlarına görə tərifləyib.

Publika.az xəbər verir ki, Tokayev bu barədə Qazaxıstanın “Türküstan” qəzetinə verdiyi müsahibədə bildirib.

“Rusiya Prezidenti Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə yaşlı nəslin şərəfini qoruyaraq gənc cüdoçuya qarşı fənd işlətdi. Azərbaycan Prezidenti Əliyev də fiziki cəhətdən güclüdür, müntəzəm və bacarıqla məşq edir. Qırğızıstan Prezidenti Japarov futbol oynayır. Özbəkistan Prezidenti Mirziyoyev yaxşı formadadır və həmçinin idman zalında məşq edir. Ermənistan Baş naziri Paşinyan velosipedçidir. Belarus Prezidenti Lukaşenko isə hələ də xokkey oynayır.

Tacikistan Prezidenti Rahmonun da səhhəti ilə bağlı heç bir şikayəti yoxdur, o, döyüşçü-dənizçi cəsarətinə malikdir. Ona görə də bütün həmkarlarım əla formadadır”, - Tokayev bildirib.

Seçilən
91
50
publika.az

10Mənbələr