Tokayevin sözlərinə görə, iğtişaşların təşkilatçıları hökumətin yanacağa qiymət artımı ilə bağlı qərarından istifadə edərək kütləvi etirazların başlanmasına təkan veriblər:
"İğtişaşların təşkilatçıları 'inqilab' texnologiyalarında ixtisaslaşmış kuratorların rəhbərliyi altında bu qərardan yararlandılar və insanları kütləvi aksiyalara çıxmağa sövq etdilər", - deyə prezident qeyd edib. O bildirib ki, daha sonra cəmiyyətdə, dövlət qulluqçuları arasında, hətta hüquq-mühafizə orqanlarının bir hissəsində belə panika yaradılıb. Bəzi əməkdaşlar xidməti yerlərini tərk edib, məxfi sənədləri və silahları orada qoyublar.
Tokayev vurğulayıb ki, Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin bir sıra rəhbərləri "vətənə sədaqət və peşəkarlıq imtahanından keçə bilməyiblər".
Xatırladaq ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşlar baş vermiş, etirazçılar polis və hərbçilərə hücum etmişdi. Tokayev bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım istəmişdi. 7 yanvarda vəziyyət sabitləşdirilmiş, 19 yanvarda isə fövqəladə vəziyyət ləğv edilmişdi. Rəsmi məlumata görə, iğtişaşlar zamanı 238 nəfər həlak olub, 4,5 mindən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31