Azərbaycan Prezidenti İlham Əliyev fiziki cəhətdən də güclüdür, müntəzəm və peşəkarcasına məşq edir.
Heftelik.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Türkistan” qəzetinə müsahibəsində bildirib.
Kasım-Jomart Tokayev postsovet liderlərinin fiziki hazırlığı barədə danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib: “İlham Əliyev fiziki cəhətdən də güclüdür. O, müntəzəm və peşəkarcasına məşq edir. Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan Prezidenti Mirziyoyev yaxşı formadadır və o, idman zalında məşq edir.
Rusiya Prezidenti Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə gənc cüdoçuya qarşı fənd işlətdi.
Ermənistanın baş naziri Nikol Paşinyan velosipedçidir. Belarus Prezidenti Aleksandr Lukaşenko hələ də hokkey oynayır. Tacikistan Prezidenti Emoməli Rahmonun da sağlamlığı yaxşıdır. O, dənizçi kimi möhkəmliyə malikdir. Beləliklə, bütün həmkarlarım əla formadadırlar”.