Venesuelanın Vitse-prezidenti, dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriqesin hərəkətləri rəsmi Vaşinqtonu qane etməsə, o, bunun bədəlini ödəyəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The Atlantic"ə müsahibəsində bildirib.
Tramp qeyd edib ki, düzgün iş görmədiyi təqdirdə Rodriqesi də Maduronun taleyi gözləyir.