AZ

A Seriyası: “Milan” “Kalyari”ni tək qolla yendi – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kalyari” doğma meydanda “Milan”la üz-üzə gəlib. Qonaqlar səfərdə vurduqları tək qol sayəsində 3 xal qazanıblar.

Qeyd edək ki, 18-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
18-ci tur
2 yanvar

Kalyari – Milan 0:1
Qol: Leao, 50.

3 yanvar

15:30. Komo – Udineze
18:00. Cenoa – Piza
18:00. Sassuolo – Parma
21:00. Yuventus – Leççe
23:45. Atalanta – Roma

4 yanvar

15:30. Latsio – Napoli
18:00. Fiorentina – Kremoneze
21:00. Verona – Torino
23:45. İnter – Bolonya

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
13
arena.az

10Mənbələr