AZ

De Laurentis təşəkkür etdi, Sakki təriflədi – ARENA.AZ

2024/2025-ci illər mövsümündə İtaliya A Seriyasının qalibi olmuş “Napoli”nin prezidenti Aurelio De Laurentis kluba təşəkkürünü elan edib.

Arena.az De Laurentisin müvafiq fikrini təqdim edir:

“2025-ci il bizim üçün çox yaxşı alındı, ruhlandırıcı oldu. Yenicə başlamış ilin daha da uğurlu olması üçün bütün güc-qüvvəmizi səfərbər edəcəyik. Buna rəğmən, bu, heç də asan olmayacaq”, deyə De Laurentis vurğulayıb.

İtalyan məşhur mütəxəssis Arriqo Sakki də “Napoli” haqda qənaətini açıqlayıb. Təcrübəli məşqçinin müvafiq açıqlamasını təqdim edirik:

“Oyun baxımından “Napoli” mənə hamıdan xoş gəlir. Onlar vacib oyunçularının zədələri ilə bağlı mürəkkəb dövrü arxada qoydular. Komandanın oyunu, artıq onlara skudettonu gətirmiş həmin o əsaslar üzərində qurulur”, deyə Sakki vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
6
arena.az

10Mənbələr