AZ

Sənan Muradlı “Şamaxı”ya lazım olmadı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu sol cinah müdafiəçisi Sənan Muradlı ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 19 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Muradlı müqavilə ilə məxsus olduğu “Sumqayıt” klubuna qayıdıb.

“Şamaxı” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sənan Muradlı “Sumqayıt”ın yetirməsidir. Müdafiəçi 2025-ci ilin avqustunda icarə əsasında “Şamaxı”ya keçmişdi. O, sözügedən klubun heyətində cəmi 6 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Muradlı “Sumqayıt”ın əsas komandasının heyətində də 12 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Azərbaycanın U-21 millisinin üzvü olan futbolçu əvvəllər U-17 və U-19 yığmalarımızın da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
28
13
arena.az

10Mənbələr