AZ

“TRT Haber” Bakı ilə İrəvan arasında etimad mühitindən söz açdı

Azərbaycan ilə Ermənistan arasında davamlı sülh naminə münasibətlərin normallaşdırılması prosesi 2026-cı ildə də davam edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalının saytında dərc olunmuş analitik məqalədə deyilir.

Telekanal 2025-ci ildə Bakı ilə İrəvan arasında baş vermiş aktiv təmaslara və praktiki addımlara diqqət ayırıb.

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşünün nəticələri xatırladılıb: 2025-ci il avqustun 8-də Ağ Ev rəhbərinin iştirakı ilə Birgə Bəyannamə imzalanıb və sülh sazişinin mətni paraflanıb.

“Beləliklə, tərəflər regionda ziddiyyətlərin dayandırılmasına və münasibətlərin tam normallaşdırılmasına qətiyyət nümayiş etdiriblər. Ötən il ərzində etimad mühitinin formalaşdırılması istiqamətində bir sıra əməli addımlar atılıb”, – deyə məqalədə və Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranzitinə başlanması xatırladılır.

Məqalədə TRIPP layihəsinə (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) ayrıca diqqət yetirilir və qeyd olunur ki, bu layihə regionda normallaşma prosesinin iqtisadi və infrastruktur bazasının formalaşdırılmasına imkan verəcək.

2026-cı ildə bu təşəbbüsün reallaşdırılması üzrə praktiki addımların atılacağı ilə bağlı gözləntilər vurğulanır.

Yazıda ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması da xatırladılır və bildirilir ki, bu qurum uzun illər ərzində Qarabağ məsələsinin tənzimlənməsi üzrə çoxillik siyasi və diplomatik səylərin nəticəsizliyinin simvoluna çevrilib. “ATƏT MQ-nin missiyasının dayandırılması Qarabağ münaqişəsinin gündəmdən tam çıxarıldığını sübut edib”, – deyə Türkiyə telekanalı vurğulayır.

"Ermənistanda qarşıdan gələn seçkilərdən sonra Konstitusiyanın dəyişdirilməsi imkanını da istisna etmir. Əsas qanununun preambulasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən sənədə istinadın çıxarılması sülh sazişi prosesinin başa çatdırılması üçün kritik əhəmiyyət daşıyır.

Tərəflərin nəqliyyat, ticarət və energetika sahələrində qarşılıqlı fəaliyyət çərçivəsinin genişləndirilməsi istiqamətində yeni addımların mümkünlüyü istisna edilmir ki, bu da iki ölkə arasında münasibətlərin möhkəm sülh şəraitində qurulmasına imkan verəcək".


Telegram kanalımız
Seçilən
100
50
yenisabah.az

10Mənbələr