Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın YeniZelandiya iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi7,841 milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3milyon dollar və ya 14,1 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Yeni Zelandiyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkiledib.
2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyəbirbaşa xarici investisiyaların ümumi həcmi 557 min dollara bərabərolmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.