Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,951 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 35% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Ukraynanın payı 1,1% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,079 milyon ABŞ dollarına bərabər olubı.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.