AZ

Almaniyanın silah ixracı 2025-ci ildə azalıb



Almaniyanın silah və hərbi texnika ixracı bu il təxminən 8,40 milyard avroya düşüb, çünki Ukraynaya silah yardımı əvvəlki illə müqayisədə azalıb. Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Almaniya İqtisadiyyat Nazirliyi Sol Partiyanın parlament sorğusuna cavab olaraq hökumətin bu ilin 8 dekabr tarixinə qədər 8,40 milyard avro dəyərində silah və hərbi texnika satışını təsdiqlədiyini açıqladı.
Hesabata görə, Almaniyanın silah və hərbi texnika ixracı 2023-cü ildə 12,15 milyard avro və 2024-cü ildə 13,33 milyard avro rekord həddə çatdıqdan sonra 2025-ci ildə azalıb.

Cavabda Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya silah ixracının əhəmiyyətli dərəcədə azaldığı vurğulanıb. Berlin hökuməti bu il Kiyevə 1,14 milyard avro dəyərində silah və hərbi texnika satışını təsdiqləyib. Almaniyanın 2024-cü ildə Ukraynaya silah ixracı 8,15 milyard avro olaraq qeydə alınıb.

Digər tərəfdən, 2025-ci ilin may ayında vəzifəyə başlayan Xristian Demokrat İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) tərəfindən yaradılan yeni Almaniya hökuməti bu il ümumilikdə 5,39 milyard avro dəyərində silah və hərbi texnika satışını təsdiqləyib.

Almaniya hökumətinin silah və hərbi texnika üzrə ən böyük ixrac bazarı 1,31 milyard avro ilə Norveç olub.

aia.az
Tərcümə şöbəsi



Seçilən
8
2
aia.az

10Mənbələr