AZ

Xankəndidə tapdığı silah sursatı evinə gətirdi Qonşuları onu “satdı”

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Xankəndidə tapdığı silah-sursatı gizli yolla evinə gətirən şəxs həbs olunub.Bizim.Media xəbər verir ki, Beyləqan rayonunun Tatalılar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Məmmədov (ad və soyad şərtidir) 2024-cü ilin avqust ayında Xankəndi şəhərinə gəzməyə gedib. O, həmin vaxt boş evlərdən birinə daxil olub və orada süngü bıçağı, tapança aşkarlayıb.A.Məmmədov həmin silah-sursatı götürüb, avtomobilində oturacağın altında gizlədərək Beyləqan rayonundakı evinə gətirib. 

 

Bir müddətdən sonra o, həmin silah barədə qonşularına danışıb. Qonşular bu barədə polisə məlumat veriblər.

Polis əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında A.Məmmədovun evinə baxış keçirərkən mənzildən tapança, patron darağı və süngü bıçağı aşkarlanıb.A.Məmmədov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.Beyləqan Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədov 9 ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
38
bizim.media

10Mənbələr