ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Almaniyanın silah ixracı 2025-ci ildə əhəmiyyətli dərəcədə azalıb.
Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, məlumata görə, bu il 8 dekabr tarixinə qədər 8,40 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verilib ki, bu da əvvəlki iki ilin rekord göstəricilərindən xeyli aşağıdır.
Qeyd edilib ki, Ukraynaya silah ixracının 2024-cü illə müqayisədə kəskin azalması ümumi göstəricilərə ciddi təsir edib.
Məlumata görə, ölkənin bu il ən böyük ixrac bazarı isə 1,31 milyard avroluq tədarük ilə Norveç olub.
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.