AZ

“Ayntraxt” “Qarabağ”la oyundan öncə yeni hücumçu aldı – ARENA.AZ

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Ayntraxt” (Almaniya) heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Frankfurt təmsilçisi Almaniyanın digər klubu “Elversberq”dən Yunes Ebnutalibi transfer edib.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 22 yaşlı hücumçunun transfer detalları hələ açıqlanmır. Klubun qısa zaman içində bu transferi rəsmən açıqlaması gözlənilir.

Xatırladaq ki, Yunes Ebnutalib Frankfurtun “Roy Vays” klubunun yetirməsidir. O, “Peruca” və “Gessen” kimi klubların da şərəfini qoruyub. Almaniyalı futbolçu 2025-ci ilin yanvarından “Elversberq”də çıxış edir. O, bu mövsüm 2-ci Bundesliqada 17 oyunda 12 qol vurub. 22 yaşlı forvardın “Elversberq” karyerası bütövlükdə 25 oyun və 12 qoldan ibarətdir.

Qeyd edək ki, “Qarabağ” və “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində üz-üzə gələcəklər. Sözügedən komandaların görüşü yanvarın 21-də Bakıda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
5
arena.az

10Mənbələr